Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda yaşıl enerjiyə keçid mövzusunda dəyirmi masa təşkil olunub - BBN

Azərbaycanda yaşıl enerjiyə keçid mövzusunda dəyirmi masa təşkil olunub

Energetika Nazirliyində nazir müavini Orxan Zeynalovun iştirakı ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Enerji Təhlükəsizliyi və Xalis Sıfır İdarəsi arasında “Azərbaycanda yaşıl enerjiyə keçid” mövzusunda dəyirmi masa təşkil olunub.

Dəyirmi masada Azərbaycanda bərpa olunan enerji mənbələri, dekarbonizasiya, enerji səmərəliliyi sahəsində hazırkı vəziyyət, həyata keçirilən cari layihələr barədə qarşı tərəfə məlumat verilib, Azərbaycan və Böyük Britaniya arasında bərpa olunan enerji, xüsusilə yaşıl hidrogen istehsalı, həmçinin enerji səmərəliliyi, elektrik şəbəkələrinin gücləndirilməsi üzrə əməkdaşlığa dair növbəti addımlar müzakirə edilib.

Tədbirdə Energetika Nazirliyi, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi, həmçinin “Azərenerji” ASC, “Azərişıq” ASC, SOCAR və bp şirkətlərinin nümayəndələri iştirak edib.

Related posts

“Aİ Azərbaycan qazının etibarlı alıcısı statusunu qoruyacaq”

S&P: Azərbaycan qazının Ukraynayadək böyük həcmdə nəqli gündəmdədir

“Fitch Ratings”: “Cənub Qaz Dəhlizi” və yeddi infrastruktur şirkətinin reytinqlərini təsdiqləyib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı