Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda "Yaşıl Kart" sistemi çərçivəsində sığorta xidməti göstərən şirkətlərin adları açıqlanıb - BBN

Azərbaycanda “Yaşıl Kart” sistemi çərçivəsində sığorta xidməti göstərən şirkətlərin adları açıqlanıb

Azərbaycanda “Yaşıl Kart” sistemi çərçivəsində 10 sığorta şirkəti xidmət göstərir.

BBN.az bu barədə İcbari Sığorta Bürosuna (İSB) istinadən xəbər verir.

“Yaşıl Kart” sığorta növü üzrə İcbari Sığorta Bürosunun iştirakçı sığorta şirkətləri bunlardır: “AtaSığorta” ASC, “Atəşgah Sığorta” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti”, “Bakı Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Naxçıvansığorta” ASC, “Paşa Sığorta” ASC, “Qala Sığorta” ASC, “Xalq Sığorta” ASC.

Xatırladaq ki, 2016-cı ildən İcbari Sığorta Bürosu Beynəlxalq Bürolar Şurasına üzv olan milli Yaşıl Kart Bürosunun funksiyalarını həyata keçirir. Büro “Yaşıl Kart” sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə, Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.

Related posts

Bankların biznes kreditləri üzrə təminatlılıq səviyyəsi məlum olub

Azərbaycanda investisiya ilə bağlı yenilik

XalqKart-ı indi pulsuz əldə edin

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı