2025-ci ildə Azərbaycanın kapital və maliyyənin hərəkəti hesabında mənfi saldo (ölkədən kapital və maliyyə axını) təxminən 5 milyard ABŞ dolları təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankında keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov məlumat verib.
Onun sözlərinə görə, ötən il Azərbaycanın xalis maliyyə aktivləri 5,4 milyard ABŞ dolları artıb. Eyni zamanda, xalis maliyyə öhdəlikləri 0,4 milyard ABŞ dolları səviyyəsində yüksəlib.