Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycandan xaricə səfər edənlərin sayı 20% artıb - BBN

Azərbaycandan xaricə səfər edənlərin sayı 20% artıb

Bu ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 993,5 min nəfər olub.

BBN.az-ın Dövlət Statistika Komitəsinə (DSK) istinadən verdiyi xəbərə görə bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 19,8% artım deməkdir.

Bildirilir ki, Rusiya Federasiyasına gedən Azərbaycan vətəndaşlarının sayı1,6dəfə, Gürcüstana – 32,5%, Türkiyəyə – 6,4% artıb, İrana – 24,7% azalıb. Azərbaycan vətəndaşlarının 42,5%-i Türkiyəyə, 22,7%-i Rusiyaya, 9,2%-i Gürcüstana, 7,7%-i İrana, 17,9%-i digər ölkələrə səfər edib. Gedənlərin 66,5%-ni kişilər, 33,5%-ni qadınlar təşkil edib.

Hesabat dövründə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68%-i hava,29,3%-i dəmir yolu və avtomobil, 2,7%-i isə dəniz nəqliyyatından istifadə edib.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı