Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanın Almaniyaya xam neft ixracı 5 dəfədən çox azalıb - BBN

Azərbaycanın Almaniyaya xam neft ixracı 5 dəfədən çox azalıb

Oil pump jack and barrels on newpaper with growth of price of crude oil. Stock market of crude oil, investment and petroleum industry. 3d illustraton

Bu ilin yanvar ayında Azərbaycan Almaniyaya 91 min 294,06 ton xam neft ixrac edib.

Bu həcmdə məhsulun dəyəri 43 milyon 249,21 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin yanvar ayı ilə müqayisədə 4,5 dəfə, dəyəri isə 5,2 dəfə azdır. Almaniyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 3,45 % olub.

Qeyd edək ki, bu ilin yanvar ayında gömrük bəyannamələrinə əsasən, Azərbaycan ümumilikdə dəyəri 1 milyard 238 milyon 082,05 min ABŞ dolları olan 2 milyon 642 min 930,94 ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Related posts

Gürcüstanın Azərbaycandan neft idxalı kəskin artıb

“Azeri Light” nefti 70,95 dollara yüksəlib

Enerji bazarında kritik həftə – Qiymətlər daha da arta bilər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı