Bu il yanvarın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 57 milyard 86,2 milyon manat təşkil edib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 % çoxdur.
Məlumata görə, bankların aktivlərinin 28 milyard 311,4 milyon manatı müştərilərə verilmiş xalis kreditlərin payına düşüb. Son 1 ildə sektorun kredit portfeli 9,2 % artıb.
Bununla belə, kreditlərin bank aktivlərində xüsusi çəkisi azalıb. Belə ki, ötən il 48,9 % olan bu göstərici cari ilin əvvəlinə 45,6 %-ə enib.