Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanın bankçılıq missiyasının işgüzar səfəri çərçivəsində bir sıra görüşlər keçirilmişdir - Foto - BBN

Azərbaycanın bankçılıq missiyasının işgüzar səfəri çərçivəsində bir sıra görüşlər keçirilmişdir – Foto

Mərkəzi Bankın sədri Taleh Kazımov Azərbaycanın bankçılıq missiyasının işgüzar səfəri çərçivəsində ABŞ-nin Ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi Arun Venkataraman ilə görüşüb. 

Görüşdə Azərbaycan və ABŞ arasında mövcud olan sıx iqtisadi əlaqələrin daha da genişləndirilməsi, eləcə də maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

Eyni zamanda Azərbaycanın bankçılıq missiyası işgüzar səfər çərçivəsində ABŞ-nin Maliyyə və Ticarət üzrə Bankirlər Assosiasiyası (MTBA) ilə görüşüb.

Görüşdə MTBA tərəfindən ABŞ bankları ilə müxbir bank əlaqələrinin qurulması sahəsində ən yaxşı təcrübələrə dair praktiki sessiya keçirilib. Həmçinin iştirakçılarla ticarətin maliyyələşdirilməsi, ABŞ-nin bank sektorunda yeni inkişaf trendləri və #maliyyə sektorunun gündəmində olan digər mühüm mövzular üzrə müzakirələr aparılıb.

Related posts

ADB Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu yüksəldib

ADB Azərbaycanın tədiyyə balansı üzrə 2026–2027-ci illər üçün proqnozlarını açıqlayıb

BMT rəsmisi: “Azərbaycanda sosial-iqtisadi artım üçün sıx əməkdaşlıq edirik”

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı