Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanın COP29 çərçivəsində enerji təşəbbüslərinin təqdim edildiyi tədbir keçirilib - BBN

Azərbaycanın COP29 çərçivəsində enerji təşəbbüslərinin təqdim edildiyi tədbir keçirilib

COP29 Azərbaycan Sədrliyinin enerji təşəbbüslərinin təşviqi məqsədilə 5 noyabr tarixində energetika nazirinin müavini Orxan Zeynalovun iştirakı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Konvensiyasına (UNFCCC) tərəf ölkələrlə virtual məlumatlandırma sessiyaları keçirilib.

Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı (UNIDO), Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE) və Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean Ölkələri üçün İqtisadi və Sosial Komissiyası (UN ESCAP), Beynəlxalq Enerji Agentliyi (IEA) və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA)  ilə birgə keçirilmiş virtual brifinqlərin məqsədi COP29 enerji təşəbbüsləri – Yaşıl Enerji Vədi: Yaşıl Enerji Zonaları və Dəhlizlər, Qlobal Saxlanc və Şəbəkələr Vədi və COP29 Hidrogen Bəyannaməsi barədə ölkələrə ətraflı məlumat verilməsi, təşəbbüslərə qoşulma və onları dəstəkləmə yolları barədə müzakirələr aparmaq olub.

Gün ərzində keçirilmiş 2 sessiyada dövlət, özəl sektor, beynəlxalq təşkilatlar, maliyyə institutları təmsilçilərindən ibarət 200-dən çox nümayəndə iştirak edib.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında görüş keçirilib

ABA və Mərkəzi Bank maliyyə savadlılığının artırılması istiqamətində birgə fəaliyyət məsələlərini müzakirə edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı