Azərbaycanın dövlət qurumlarına kibertəhdidlər 28 % azalıb İKT

Bu ilin yanvar-aprel aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 315 kiberhücum indikatoru (IOC) müəyyən edib.

BBN.az xəbər verir ki, XRİTDX-in məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, bir il əvvəlki göstəricidən 28 % azdır.

Kibertəhdidlərin 168-i daxili araşdırma, 147-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 322,245 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 1 milyon 584 min 700, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 99 min 608 zərərverici tərkibli elektron sənəd blok edilib.

Related posts

“mygov” platforması adından yayılan saxta elanlarla bağlı XƏBƏRDARLIQ!

Warren Buffett süni intellektin risklərini nüvə silahlarına bənzədib

Azərbaycan Kredit Bürosu ad gününü qeyd edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı