Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanın Energetika naziri “OPEC plus” nazirlərinin iclasında iştirak edəcək - BBN

Azərbaycanın Energetika naziri “OPEC plus” nazirlərinin iclasında iştirak edəcək

İyunun 6-da  Bakı vaxtı ilə saat 16:00-da OPEC, 18:00-da isə “OPEC plus” ölkələri nazirlərinin videokonfrans formatında iclasları keçiriləcək. OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında Energetika naziri Pərviz Şahbazov da iştirak edəcək. 

“OPEC plus” nazirlərinin iclasında qlobal neft bazarının vəziyyəti, inkişaf tendensiyaları, hasilatın azaldılması öhdəliklərin icrası müzakirə ediləcək. Həmçinin “OPEC plus” üzrə gündəlik neft hasilatının 9,7 milyon barrel azaldılması ilə bağlı mövcud “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin iyundan sonra uzadılması məsələsinə baxılması nəzərdə tutulur.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 2020-ci ilin 9 aprel və 12 aprel tarixlərində keçirilən görüşlərinin nəticəsi olaraq gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barrel, iyul-dekabrda 7,7 mln. barrel, 2021-ci ilin yanvar-2022-ci ilin aprelində isə 5,8 mln. barrel azaldılmasını nəzərdə tutan “Əməkdaşlıq Bəyannaməsi” qəbul edilib. Bu qərara uyğun olaraq iyul ayından başlayaraq istehsal kvotalarının tədricən yumşaldılması və ilin sonunadək “OPEC plus” üzrə gündəlik hasilatın 2 mln. barrel artırılması nəzərdə tutulurdu. Dünya neft bazarının sabitləşdirilməsi məqsədilə ilk dəfə olaraq böyük həcmlərdə öhdəliklər götürmüş Azərbaycanın kvotası isə may-iyun ayları üzrə 164 min barrel təşkil edir. Azərbaycan gündəlik xam neft hasilatını 554 min barrel həcmində saxlamaq öhdəliyinə müvafiq olaraq mayın 1-dən gündəlik neft hasilatını azaldır.

Related posts

Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə təqdim olunur

Fevralda Səyyar ASAN-ın xidmət göstərəcəyi ünvanlar

“AzerGold”un qızıl və gümüş sikkələri ilk dəfə World Money Fair beynəlxalq sərgisində nümayiş olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı