Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın icmal büdcəsinin gəlirləri 43 milyard 855,2 milyon manat, xərcləri isə 36 milyard 784,3 milyon manat təşkil edib.
Maliyyə Nazirliyinin məlumatına görə, gəlirlər proqnozdan 6,1 % çox icra edilib, xərclər ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 % artıb.
Son nəticədə 11 ayda icmal büdcədə 7 milyard 106,9 milyon manat profisit yaranıb.