Azərbaycanın iki rəqəmsal sosial layihəsi “SDG Digital GameChangers Award” müsabiqəsinin finalçıları seçilib

E-sosial.az portalı və proaktiv təyinat mexanizmi 90 ölkədən 450 layihənin iştirak etdiyi bu beynəlxalq müsabiqədə 60 finalçının siyahısına daxil ediliblər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalı və pensiya, müavinət və təqaüdlərin proaktiv təyinat mexanizmi Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və BMT İnkişaf Proqramının “SDG Digital” tədbiri çərçivəsində keçirilən “SDG Digital GameChangers Award” müsabiqəsində uğur əldə edib.

Nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən bu beynəlxalq müsabiqəyə təqdim edilən hər iki rəqəmsal sosial layihə 90 ölkədən 450 layihənin iştirak etdiyi müsabiqədə seçilmiş 60 finalçının siyahısına daxil edilib.

Müsabiqənin məqsədi rəqəmsal texnologiyalar vasitəsilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə çatmağa töhfə verən şəxsləri və təşkilatları seçməkdir.

Ölkənin vahid sosial reyestri olan e-sosial.az portalı layihəsi  “İnsanlar – Həyatların və İcmaların Gücləndirilməsi” kateqoriyası üzrə 15 finalçıdan biri (https://www.itu.int/initiatives/sdgdigital/gamechangers-award/people/ ) olub.

Pensiya, müavinət və təqaüdlərin proaktiv təyinat mexanizmi layihəsi isə müsabiqənin “Sülh-Sülhsevər və inklüziv cəmiyyətlərin qurulması” adlı digər bir kateqoriyasında fərqlənmiş 10 finalçı sırasında (https://www.itu.int/initiatives/sdgdigital/gamechangers-award/peace/ ) qərarlaşıb.

Sentyabrın 17-də BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında keçiriləcək SDG Digital” tədbirinin məqsədi BMT-nin üzv ölkələrinə rəqəmsal dəstəyi gücləndirməkdir, inklüziv transformasiyalar, təşəbbüs və həllərin təbliğidir.

Bundan əvvəl e-sosial.az portalı və “Əmək və Məşğulluq” altsistemi BTİ-nin müxtəlif ölkələrdən 360 layihənin təqdim edildiyi müsabiqəsində iki ayrı kateqoriya üzrə qalib gələrək hər biri “Çempion layihə” mükafatı ilə təltif olunub.

Related posts

Növbəti hərraclarda 9 nəqliyyat vasitəsi satılıb

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatı

Məlumat Mərkəzinin idarə edilməsi üzrə Türkiyə təcrübəsi öyrənilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı