Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanın KOB sahəsində təcrübəsinə dair ICSB üzvləri üçün təqdimat keçirilib - BBN

Azərbaycanın KOB sahəsində təcrübəsinə dair ICSB üzvləri üçün təqdimat keçirilib

Kiçik Biznes üzrə Beynəlxalq Şuraya (ICSB) üzv olan təşkilatlar mikro, kiçik və orta sahibkarlıq sahəsində Azərbaycan təcrübəsi barədə məlumatlandırılıb. Bu məqsədlə ICSB tərəfindən təşkil olunmuş onlayn tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti, KOB-lara göstərilən dəstək və xidmətlər barədə məlumat verib. Qeyd olunub ki, KOBİA ICSB ailəsinin üzvüdür və bu üzvlük biznes sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, müvafiq qurumlarla əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətlidir. Azərbaycanın biznes mühiti və investisiya imkanları barədə məlumat əldə etmək istəyən, eləcə də yerli KOB-larla əməkdaşlıqda və birgə layihələrin icrasında maraqlı olan xarici iş adamları da KOBİA-nın xidmətlərindən faydalana bilərlər.

Tədbirdə həmçinin, KOBİA-nın dəstək və xidmətlərinə dair təqdimat keçirilib, İCSB üzvlərinin Agentliyin fəaliyyəti barədə sualları cavablandırılıb. 

Qeyd edək ki, Kiçik Biznes üzrə Beynəlxalq Şura (The International Council for Small Business – ICSB) 1955-ci ildən etibarən fəaliyyət göstərir və sıralarında 90-a yaxın ölkənin müvafiq qurumlarını birləşdirir. ICSB beynəlxalq miqyasda kiçik biznesin böyüməsini və inkişafını dəstəkləyir, biznesin idarə edilməsi və sahibkarlığın inkişafı ilə bağlı yenilikləri təbliğ edir. KOBİA 2021-ci ildən təşkilatın üzvüdür.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı