Azərbaycanın ödənişlər sektoru ilə bağlı son vəziyyət – yeni hesabat

“Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı mart ayının sonunda ötən aya nəzərən 226 min ədəd artaraq 13 milyon 880 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17.9% artmışdır. Ödəniş kartlarında artım debet kartları üzrə 16.6%, kredit kartları üzrə 27% təşkil etmişdir. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 116 min, kredit kartları 407 min, digər kartlar isə 1.5 mln. ədəd artmışdır. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir”.

BBN.az xəbər verir ki, bu haqda Azərbaycan Mərkəzi Bankının (AMB) mart ayı statistik bülletenində bildirilib.

“Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artmışdır. 2023-ci ilin mart ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 3,439 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 2,665 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 769 mln. manatı POS-terminallar, 4.2 mln. manatı isə özünə xidmət terminallarının vasitəsilə gerçəkləşdirilmişdir.

Mart ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 51.4%-ni təşkil etmişdir. Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin mart ayının sonu ilə müqayisədə bankomatların sayı 2.4%, POS-terminalların sayı 21.3% artıb” – deyə məlumatda deyilib.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı