Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 3,2% artıb - BBN

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 3,2% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35,7 milyard manatlıq, o cümlədən 20,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

BBN.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,2%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1%, qeyri-ərzaq malları üzrə 4,5% artıb.

Bu ilin 8 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 52,1%-i ərzaq məhsullarının, 4,4%-i içkilər və tütün məmulatlarının, 12,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4%-i avtomobil benzini və dizel yanacağının, 4,8%-i elektrik malları və mebellərin, 2,3%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,2%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,2% artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7%-ni təşkil edib.

2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə bu il pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 2%, fərdi sahibkarlar üzrə 3,8%, bazar və yarmarkalarda 3,1% artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 440,1 manatlıq, o cümlədən 248,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 191,6 manatlıq qeyri-ərzaq malları alıb.

Related posts

Azərbaycanda sənaye istehsalı artıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 76 %-ə yaxın artıb

ABŞ istehlakı zəifləyir – Qlobal bazarlarda rallinin sürəti azaldı, yen güclənir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı