Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 3,6% artıb - BBN

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 3,6% artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 51,3 milyard manatlıq, o cümlədən 28,7 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 22,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

BBN.az Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən bildirir ki, 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,6%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,4%, qeyri-ərzaq malları üzrə 5,1% artıb.

Bu ilin yanvar-noyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,7%-i ərzaq məhsullarının, 4,2%-i içkilər və tütün məmulatlarının, 14,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,5%-i avtomobil benzini və dizel yanacağının, 4,9%-i elektrik malları və mebellərin, 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,7%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,7% artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7% təşkil edib.

2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 2023-cü ilin yanvar-noyabr aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 3%, fərdi sahibkarlar üzrə 3,7%, bazar və yarmarkalarda 4,1% artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 459,2 manatlıq, o cümlədən 256,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 202,4 manatlıq qeyri-ərzaq malları alıb.

Related posts

“FED İki Od Arasında: Müharibə İnflyasiyanı Alovlandırır, Faiz Endirimi Təhlükədə!”

Asiya İnkişaf Bankı CAREC ölkələrində yeni nəsil sərhəd-keçid məntəqələrinin inkişafını dəstəkləyir

S&P Azərbaycanda 2026-cı ilə real ÜDM artımı ilə bağlı proqnozlarını verib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı