Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanın strateji valyuta ehtiyatları 85,1 milyard ABŞ dollarına çatıb - BBN

Azərbaycanın strateji valyuta ehtiyatları 85,1 milyard ABŞ dollarına çatıb

2025-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatları 14 milyard ABŞ dolları və ya 19,8 % artaraq 85,1 milyard ABŞ dollarına yüksəlib. O cümlədən, Azərbaycan Mərkəzi Bankı-ın valyuta ehtiyatları 5,1 % artaraq ilin sonunda 11,5 milyard ABŞ dolları təşkil edib.

Bildirilib ki, ilin sonunda ölkənin strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik normalarını üstələməkdə davam edib. Dekabrın sonuna strateji ehtiyatlar 38 aylıq mal və xidmət idxalına kifayət edib (2025-ci ilin 9 ayı üzrə idxal nəzərə alınmaqla) və manatla pul kütləsini (M2) 3,6 dəfə üstələyib (01.01.2026 tarixinə olan M2 nəzərə alınmaqla).

Qeyd olunub ki, bu göstəricilər Azərbaycanın xarici və daxili iqtisadi şoklara qarşı dayanıqlılığını və borc risklərinin tam şəkildə idarə olunduğunu nümayiş etdirir.

Related posts

AMB maliyyə institutları üçün bazar davranışlarına dair yeni metodologiya hazırlayıb

Azərbaycanda ÜDM artıb – iki ayda iqtisadiyyatın həcmi 18,4 milyard manatı ötüb

ABB-nin dəstəyi ilə II Qadın Liderləri Zirvəsi keçirildi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı