Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi azalıb - BBN

Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi azalıb

2025-ci ilin yanvar-iyul Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi 3 milyard 384 milyon 15 min dollar dəyərində olub. 

BBN.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 236 milyon 372 min dollar və ya 6,5% azdır.

Hesabat dövründə Azərbaycandan Türkiyəyə 2 milyard 9 milyon 22 min dollarlıq (13.8% az) mal ixrac edilib, bu ölkədən idxal isə 1 milyard 374 milyon 993 min dollar (6.5% çox) dəyərində olub. Yanvar-iyul ayları ərzində Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşı olub.

Qeyd edək ki, Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin ümumi dövriyyədəki payı 11.73% təşkil edir.

Related posts

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti 2025-ci ildə dövlət qurumlarını 450 milyon zərərli keçiddən qoruyub

Moody’s Ratings Azərbaycan bank sisteminin perspektivini “pozitiv” səviyyədə qiymətləndirib

Banklar əhaliyə 118 mln. manat depozit faizi ödəyiblər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı