Azərbaycanın xarici ticarət dövriyyəsi 4%-dək artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 40 milyard 862 milyon ABŞ dolları olub. 

BBN.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyard 484 milyon dollar və ya 3,8% çoxdur.

Son 1 ildə Azərbaycanın ixracı 4,9% azalaraq 21 milyard 637 milyon ABŞ dollarına, idxalı isə 15,6% artaraq 19 milyard 225 milyon ABŞ dollarına yüksəlib.

Nəticədə xarici ticarətdə 2 milyard 411 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,5 dəfə az olub.

Related posts

SOCAR-da yeni kadr təyinatı olub

Azərbaycan Nəşriyyatı istismarını dayandırır

350 sahibkarın məhsul və xidmətlərinin satışına dəstək göstərilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı