Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanla Özbəkistan arasında sığorta əlaqələri formalaşa bilər - BBN

Azərbaycanla Özbəkistan arasında sığorta əlaqələri formalaşa bilər

Azərbaycanla Özbəkistan arasında sığorta əlaqələrinin formalaşdırılması müzakirə olunub.

BBN.az xəbər verir ki, bu barədə “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyi məlumat yayıb.

Məlumata görə, ASA-nın icraçı direktoru Elmar Mirsalayev Daşkəndə səfəri çərçivəsində Özbəkistan Peşəkar Sığorta Bazarı İştirakçıları Assosiasiyası ilə görüş keçirilib. Görüşdə Azərbaycan-Özbəkistan arasında sığorta sahəsində əlaqələrin formalaşdırılması, assosiasiyalar arasında münasibətlərin inkişafı imkanları geniş müzakirə olunub.

Həmçinin Türk Dünyası Sığorta Birliyinin ASA tərəfindən hazırlanmış “Yol xəritəsi”ndən irəli gələn tədbirlərin həyata keçirilməsində birgə əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Related posts

Bank of Baku-nun Gəncədə 2-ci filialı – “KOB Gəncə” fəaliyyətə başladı

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

ABB istiqrazlarına abunə yazılışı uğurla başa çatdı!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı