Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərikard-da yeni vakansiya - BBN

Azərikard-da yeni vakansiya

Azərikard “Risklərin idarə olunması və keyfiyyətə nəzarət şöbəsinin Aparıcı/Baş mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifəyə olan tələblər:

– Ali təhsil;
– Risklərin idarə edilməsi sahəsində ən azı 3 il təcrübə (keyfiyyətə nəzarət, İT risklərinin idarə edilməsi və ya İT təhlükəsizlik üzrə iş təcrübəsi arzu olunandır);
– İngilis dili biliyi (Rus dili arzuolunandır);
– Yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
– Hesabatların hazırlanmasına dair təcrübənin olması;
– Beynəlxalq standartlar və qabaqcıl təcrübələr (PCI, ISO, NIST, Cobit, ITIL) üzrə biliklər;
– Kompyuter və şəbəkə təhlükəsizliyi, əsas şəbəkə servislərini anlamaq;
– Maliyyə sektorunda iş təcrübəsinin olması arzuolunandır;
– İT risk, audit və ya daxili nəzarət sahələri üzrə sertifikatların olması arzuolunandır.
Vəzifə öhdəlikləri:
– Şirkət üzrə mövcud olan, potensial risklərin araşdırılması və vaxtında müəyyən edilməsi;
– Risk insidentləri üzrə səbəb təhlillərinin aparılması və uyğun nəzarət mexanizmlərinin
müəyyənləşdirilməsi;
– Biznes proseslərinin İT və əməliyyat risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi,
ölçülməsi və monitorinqi;
– Şirkətə aid bütün növ risklərin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ
sənədlərin hazırlanması, dəstəklənməsi və onların yerinə yetirilməsinə nəzarət;
– Dəyişikliyin idarə olunması prosesində iştirak;
– Biznes prosesləri üzrə İT və əməliyyat risklərinin təhlili və dəyişiklik təkliflərinin hazırlanması;
– Maliyyə və qeyri-maliyyə riskləri üzrə reyestr, əsas risk indikatorları və risk xəritəsinin
hazırlanması, onların mütəmadi olaraq nəzərdən keçirilməsi;
– İş prosesində keyfiyyətin idarə edilməsi üzrə işlərin və uyğunsuzluqların uçotunun aparılması və
hesabatların tərtib olunması;
– Rəhbərlik tərəfindən tələb olunan hesabatların hazırlanmasında mütəmadi dəstək olması.

Namizədlərdən CV-lərini “Risklərin idarə olunması və keyfiyyətə nəzarət şöbəsinin
Aparıcı/Baş mütəxəssisi” mövzusu ilə hr@azericard.com ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Related posts

Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə təqdim olunur

Fevralda Səyyar ASAN-ın xidmət göstərəcəyi ünvanlar

“AzerGold”un qızıl və gümüş sikkələri ilk dəfə World Money Fair beynəlxalq sərgisində nümayiş olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı