Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərikard Mastercardla strateji tərəfdaş oldu - BBN

Azərikard Mastercardla strateji tərəfdaş oldu

Azərbaycanın ilk və ən böyük prosessinq mərkəzi olan Azərikardla Mastercard beynəlxalq ödəniş təşkilatı arasında strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Strateji tərəfdaşlıq çərçivəsində müştərək layihələr icra ediləcək. O cümlədən kart biznesi və fintech istiqamətinin inkişafı üçün ən yaxşı qlobal və regional təcrübələr öyrəniləcək, bu sahədə qarşılıqlı əməkdaşlıq qurulacaq.

Azərikard şirkətinin Baş direktoru Fərid Quliyev bildirib: “Mastercardla Azərikardın strateji partnyorluğu təşkilatların fəaliyyətinə dəyər qatacaq və mövqelərinin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayacaq. Azərikard ödəniş sahəsində Mastercardın təşəbbüslərini dəstəkləyir, bu istiqamətdə ən müasir təcrübənin ölkəmizə gətirilməsini prioritet hesab edir”.

“Azərikard və Mastercard arasındakı bu strateji əməkdaşlıq ödəniş biznesinin inkişafına töhfə verəcək, yeni innovativ həllərə yol açacaq. Daha inkluziv maliyyə məhsulları və xidmətləri, daha yaxşı istifadəçi təcrübəsi yaratmaq üçün Azərikardla yeni tərəfdaşlığımız sayəsində Mastercardın qlobal bilik və bacarıqlarını paylaşacağımıza çox şadıq” deyə Mastercardın Azərbaycan və Türkiyə üzrə meneceri Avşar Gurdal bildirib.

Related posts

AMB-də fintex ekosisteminin institusional əsasları müzakirə edilib

Sərfəli şərtlərlə istehlak krediti

ABB-nin dəstəyi ilə keçirilmiş “EY İlin İş Adamı Müsabiqəsi”nin qalibi seçildi!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı