Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"Azərikard"ın Baş direktoru VII Beynəlxalq Bankçılıq Forumu - IBF-2023-də çıxış edib - Foto - BBN

“Azərikard”ın Baş direktoru VII Beynəlxalq Bankçılıq Forumu – IBF-2023-də çıxış edib – Foto

1-2 noyabr tarixlərində VII Beynəlxalq Bankçılıq Forumu (“IBF-2023”) keçirilmişdir.

Aidiyyatlı dövlət qurumları, özəl sektorun nümayəndələri və həmçinin xarici qonaqların iştirak etdiyi forumun əsas mövzusu “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” idi.

Forumun məqsədi qlobal miqyasda bank-maliyyə sektorunda rəqəmsallaşma proseslərinin, innovativ maliyyə texnologiyalarının tətbiqi trendlərinin, bu trendlərin maliyyə inklüzivliyinin artırılmasında rolunun, həmçinin iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı çağırışların və təşəbbüslərin müzakirə edilməsi idi.

“Azərikard” MMC şirkətinin Baş direktoru Fərid Quliyev çıxışı zamanı Azərikard-ın fəaliyyət istiqamətlərindən biri olan “Yeni texnoloji həllər” konsepsiyasının ən son, təmassız, innovativ layihəsindən – “TezÖdə” (www.tezode.az) alətindən söz açmışdır. Hazırda “Tezödə” istifadəçiləri heç bir mobil cihaz, kart, QR kod istifadə etmədən ödənişlərini nağdsız, sürətli və növbəsiz həyata keçirə bilirlər.

2 gün davam edən tədbirin sonunda “Azərikard” MMC mükafatla təltif edilmişdir.

Related posts

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşüb

“AFB Bank” brendinin yenilənməsi imkanlarını araşdırır

AMB-də kommersiya banklarının strateji hədəfləri müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı