Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Azəriqaz”a sayğac plombunun qırılması ilə bağlı 2 mindən çox məlumat daxil olub - BBN

“Azəriqaz”a sayğac plombunun qırılması ilə bağlı 2 mindən çox məlumat daxil olub

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə qaz sayğacın plombunun zədələnməsi, qırılması ilə bağlı 2 118 məlumat daxil olub.

BBN.az xəbər verir ki, bunu bu gün İstehsalat Birliyinin 104 Qəza-çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək bu gün qurumda keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

X.Şimşək vurğulayıb ki, təkcə iyul ayında bununla bağlı 293 müraciət daxil olub.

O qeyd edib ki, burada heç bir problem yoxdur: “Əməkdaşlar sayğaca baxış keçirirlər. Əgər sayğaca heç bir müdaxilə halı yoxdursa, əməkdaşlarımız plombu dəyişdirirlər. Yox, əgər hər hansı hal aşkar edilirsə, həmin sayğac da müayinə üçün laboratoriyaya göndərilir”.

X.Şimşək bildirib ki, ümumilikdə isə bu ilin yanvar-iyul aylarında Birliyinin 104 Qəza-çağrı xidməti şöbəsinə 554 162 müraciət daxil olub: “Təkcə iyul ayında isə Birliyinin 104 Qəza-çağrı xidməti şöbəsinə 53 647 müraciət daxil olub”.

Related posts

Tramp polad, alüminium və mis idxalına 25% tarif tətbiq etdi

Qlobal Bazarlarda “Tramp Rallisi” və Neft Sıçrayışı: Valyuta və Əmtəə Bazarında Son Durum

BİTKOİN ÇÖKÜŞDƏ: Trampın İran xəbərdarlığı kripto bazarını “qırmızıya” boyadı!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı