“Azərişıq” Xaçmazın daha yeddi kəndində yenidənqurma işlərini yekunlaşdırıb

“Azərişıq” Xaçmazın daha yeddi kəndində yenidənqurma işlərini yekunlaşdırıb.

BBN.az-ın “Azərişığ”a istinadən verdiyi məlumata görə Xaçmaz rayonunda artıq 7 kənddə – Yürgüc, Əhmədoba, Hacıəhmədoba, Sərkərli, Üçgün, Padar və Armudpadar kəndlərində işlər yekunlaşıb. Uzunoba, Xanoba və Şıxlı kəndlərində isə işlər davam etdirilir.

İşlərin yekunlaşdığı kəndlərdən biri də Xaçmazın 600-ə yaxın abonenti olan Yergücdür. Yenidənqurma işləri çərçivəsində 7 KTM, 150-ə yaxın 10 kv dayaq və 15 km-dən artıq 10 kv-luq kabel xətti həmçinin 900-ə yaxın 0.4 kv dayaq, 20 km uzunluğunda 0.4 kv-luq sip kabel xətti çəkilib. Köhnə elektrik şəbəkəsinin kənd sakinləri üçün yaratdığı problemlər geridə qalıb.

Hacıəhmədoba kəndində də yenidənqurma işləri başa çatıb. Abonentləri fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün yeni KTM-lər quraşdırılıb, köhnə dayaqlar yenisi ilə əvəzlənib, eyni zamanda kabel xətləri də müasirləri ilə əvəz olunub.

Digər kəndlərdə də yenidənqurma işləri yekunlaşdıqdan sonra Xaçmaz rayonunda ümumilikdə 15 minə yaxın sakin keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz olunacaq.

Related posts

Dövlət Xidməti tərəfindən “Dövlət satınalmaları haqqında” Qanunun tələbləri və “etender.gov.az” portalından istifadəyə dair maarifləndirmə seminarı keçirilib

Rusiya Nəqliyyat Universiteti Azərbaycan vətəndaşları üçün təhsil təqaüd proqramı elan edir

Serbiya ilə enerji əməkdaşlığının inkişafı müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı