Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Azərlotereya” 2023-cü ildə 63 milyon manatdan çox vergi ödəyib - BBN

“Azərlotereya” 2023-cü ildə 63 milyon manatdan çox vergi ödəyib

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru – “Azərlotereya” ASC 2023-cü il üzrə maliyyə hesabatını təqdim edib. 2023-cü ildə “Azərlotereya”nın satışdan gəlirləri 260,96 milyon manat təşkil edib. Lotereya iştirakçıları üçün ayrılmış uduş fondunda artım müşahidə olunub. Bu göstərici 2022-ci illə müqayisədə 21 faiz artıb.

Bununla yanaşı, şirkətin xalis mənfəəti 35,8 milyon manat təşkil edib. 2023-cü il ərzində şirkət 6,8 milyon manat məbləğində investisiya edərək uzunmüddətli aktivlərini 23,5 milyon manatdan 30,3 milyon manata yüksəldib. O cümlədən, “Azərlotereya”nın 2023-cü ilin sonu cəmi aktivləri 96,7 milyon manat təşkil edib. Şirkətin 2022-ci ilin sonunda cəmi aktivləri 87,7 milyon manat olub.

Qeyd edək ki, “Azərlotereya”nın cəmi kapitalı 85 faiz artaraq, 29,3 milyon manata çatıb.

“Azərlotereya”nın 2023-cü il hesabat dövrünə aid hesablanmış sadələşdirilmiş və mənfəət vergisi məbləği 63.2 milyon manat təşkil edib. 2022-ci ildə bu göstərici 54.7 milyon manat olub.

Hesabatla daha ətraflı “Azərlotereya”nın saytından tanış ola bilərsiniz.

Related posts

Azərbaycanda inflyasiyanın iki il üzrə proqnozu açıqlanıb

TARİX TƏKRARLANIR: Dünya “Beşinci Neft Şoku”nun astanasında – 100 dollarlıq kabus geri qayıdır!

TƏCİLİ: Neft bazarlarında “İran alovu” – Qiymətlər 100 dolları keçdi, dünya iqtisadiyyatı şokdadır!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı