Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Azərpoçt” MMC vətəndaşlara göstərdiyi səyyar xidməti davam etdirir - BBN

“Azərpoçt” MMC vətəndaşlara göstərdiyi səyyar xidməti davam etdirir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC koronavirus (COVİD-19) xəstəliyi ilə mübarizə üzrə Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlərlə əlaqədar əhaliyə göstərilən səyyar xidməti davam etdirir.

Əsas məqsəd xüsusi karantin rejimində vətəndaşların yaşadıqları ərazidən uzaqlaşmayaraq maliyyə xidmətlərindən istifadəsini təmin etməkdir.

Layihənin növbəti ünvanı Suraxanı rayonunun Hövsan qəsəbəsi olub. Vətəndaşlara maliyyə xidmətləri göstərilib. Sakinlər rabitə və kommunal xidmət haqlarını, daxili, beynəlxalq pulköçürmələrini və bir çox digər xidmətlər üzrə ödənişləri həyata keçiriblər. Eyni zamanda işsizlər və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı vətəndaşlar birdəfəlik ödəmə (190 manat) vəsaitlərini səyyar xidmət vasitəsilə əldə ediblər. 

Qeyd edək ki, “Azərpoçt” MMC tərəfindən həyata keçirilən səyyar xidmət növbəti günlərdə digər Bakıətrafı qəsəbələrdə davam etdiriləcək.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı