“Azərpoçt” poçt sisteminin təkmilləşdirilməsi məqsədilə daima beynəlxalq təcrübəni araşdırır.

Milli poçt operatoru fəaliyyət sahəsini inkişaf etdirmək üçün mütəmadi olaraq yeni əməkdaşlıqlar qurur. Bu dəfə qurumun nümayəndə heyəti beynəlxalq təcrübəni öyrənmək və yenilikləri tətbiq etmək məqsədilə Çin Xalq Respublikasına səfər edib. Çin Poçt Qrupu ilə təşkil olunan görüşdə “Azərpoçt” MMC-nin İdarə Heyətinin üzvü Elgün Rəsulov, İdarə Heyətinin sədrinin müşaviri Məhəmməd Topalov, qarşı tərəfdən isə Çin Poçt Qrupunun Vitse-prezidenti Wen Shaoqi, Bağlama, Ekspres və Logistika Biznes bölməsinin idarəedici direktor müavini Lin Zeijan və digər nümayəndələr iştirak edib.

Görüşdə beynəlxalq daşıma mexanizmləri, poçt sahəsindəki yeniliklər, daşıma zəncirinin inkişafı mərhələləri və s. mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün davamı Dövlət Poçt Bürosunun baş direktorunun müavini cənab Liu Jun və digər rəhbər şəxslərin iştirakı ilə Çin Xalq Respublikasının Dövlət Poçt Bürosunda keçirilib.

Qurulan əməkdaşlıqla poçt işinin təkmilləşdirilməsi məqsədilə növbəti addımların atılacağı barəsində razılığa gəlinib.

Related posts

Bank VTB (Azərbaycan) ASC ATM qoruyucu örtük və papaq (işıqlı qutu) istehsalı üçün AÇIQ TENDER ELAN EDİR

Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması sahəsində əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr müzakirə olunub

Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Risklərin təhlili” işçi qrupunun növbəti iclası keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı