AZAL Bakı-Naxçıvan-Bakı reysinə aviabiletlərin alışı ilə bağlı müraciət edib – Video

Azərbaycanda noyabrın 8-dən 12-dək uzunmüddətli qeyri-iş günlərini nəzərə alaraq, “Azərbaycan Hava Yolları” (AZAL) QSC reyslərə tələbatın artması ilə əlaqədar Bakı-Naxçıvan arasında uçuşlara aviabiletlərin əvvəlcədən əldə edilməsini tövsiyə edir.

AZAL-dan verilən məlumata əsasən aviadaşımaların pik dövrü həmişə sərnişin axınının və uçuşlara tələbatın artması ilə müşayiət olunur.

Qeyd edək ki, AZAL sərnişinlərin rahatlığına və seçiminə xüsusi önəm verir. Hazırda Bakıdan Naxçıvana və əks istiqamətdə gündəlik uçuşların sayı 6 reys təşkil edir. Zərurət olduqda, aviaşirkət sərnişinlərin tələbatını ödəmək üçün əlavə reyslər açmağa hazırdır. Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, mobil tətbiqdən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür. “Azərbaycan Hava Yolları” www.azal.az saytından aviabiletlərin əldə edilməsi haqqında ətraflı məlumatı özündə əks etdirən video-təlimat hazırlayıb. Video-təlimatla aşağıdakı linkdən tanış ola bilərsiniz:

Əlavə suallar yarandığı təqdirdə sərnişinlər callcenter@azal.az elektron ünvanı və ya +994(55) 204 65 54. “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı