Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AZAL Bakıdan Avropanın 8 şəhərinə xüsusi təklif təqdim edir - BBN

AZAL Bakıdan Avropanın 8 şəhərinə xüsusi təklif təqdim edir

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Avropanın 8 şəhərinə və əks istiqamətdə xüsusi təklif təqdim edir.

Bu barədə BBN.az-a AZAL-dan bildirilib.

Aviaşirkətin qeyd edilən istiqamətləri – Praqa, Paris, London, Vyana, Berlin, Barselona, Cenevrə və Milan üzrə aviabiletlərdə güzəştli qiymətlərdən yararlanmaq mümkündür. Təklif 17-26 oktyabr 2023-cü il tarixlərində əldə edilmiş biletlərə və 2024-cü ilin 15 yanvar – 11 mart tarixləri arasında yerinə yetirilən uçuşlara şamil edilir. Aviabiletlərin dəyərinə hava limanı rüsumları daxildir:

Bakı-Vyana-Bakı, Bakı-Praqa-Bakı, Bakı-Berlin-Bakı, Bakı-Cenevrə-Bakı biletlərinin qiymətləri 299 avrodan, Bakı-Paris-Bakı, Bakı-London-Bakı, Bakı-Barselona-Bakı, Bakı-Milan-Bakı biletlərinin qiymətləri isə 399 avrodan başlayır.

Güzəştli aviabiletləri aviaşirkətin www.azal.az saytından, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək olar.

Related posts

Azərbaycanda patent və əqli mülkiyyət sahəsində islahatlar gözlənilir

Azərbaycan iki ayda Aİ ölkələri ilə 2,8 milyard dollarlıq ticarət aparıb

Almaniyada inflyasiya yenidən artır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı