Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AZAL-dan Yeni il fürsətləri: Endirimli biletlər artıq satışda - BBN

AZAL-dan Yeni il fürsətləri: Endirimli biletlər artıq satışda

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Yeni il ərəfəsində səyahətləri daha əlçatan etmək və sərnişinləri sevindirmək üçün xüsusi “Yeni il” kampaniyasını elan edir.

BBN.az bu barədə aviaşirkətə istinadən xəbər verir.

Məlumata görə, 20 dekabr-5 yanvar satış tarixlərində sərnişinlər AZAL-ın 50-dən çox istiqaməti üzrə aviabiletləri 25%-dək endirimlə əldə edə biləcəklər. Təklif 2025-ci il yanvarın 10-dan aprelin 30-na kimi və 20 sentyabr-26 oktyabr tarixləri arasında həyata keçiriləcək reyslərə şamil olunur.

Endirim kampaniyası müntəzəm beynəlxalq uçuşların ekonom büdcə, premium ekonom və biznes sinif tarifləri üçün keçərlidir, vergi və yığımlara şamil edilmir. Endirimli biletlərin sayı məhduddur.

Kampaniya yüksək tələbat dövrlərini, kodşerinq, çarter və ölkədaxili uçuşları, həmçinin bəzi istiqamətləri əhatə etmir.

“Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür. Mobil tətbiqi yükləmək üçün linkə keçid edə bilərsiniz: https://bit.ly/azal-app AZAL ilə xoş uçuşlar və unudulmaz səyahət arzulayırıq!”, – deyə aviaşirkət bəyan edib.

Related posts

Azərbaycanda investisiya ilə bağlı yenilik

AMB və “Visa” sərhədlərarası köçürmələrin təhlükəsizliyinin artırılmasını müzakirə ediblər

Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı