AZAL-dan yeni reys

İyulun 21-dən başlayaraq AZAL şirkəti Bakıdan Ukraynanın Lvov şəhərinə uçuşlara başlayır. Uçuşlar həftədə iki dəfə birbaşa həyata keçiriləcək. Bu barədə AZAL-dan məlumat verilib.

Bildirilib ki, birbaşa reyslər əvvəlki kimi hər bazar günü ilə yanaşı artıq hər cümə axşamı da həyata keçiriləcək.

Bilet qiymətləri isə  tarixlərdən asılı olaraq müxtəlifdir. Qiymətlərin minimum həddi 236 manat təşkil edir.

Mənbə: fins.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır