Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AZAL Pakistanın üç şəhərinə uçuşlara başlayır - BBN

AZAL Pakistanın üç şəhərinə uçuşlara başlayır

Azərbaycanın milli aviadaşıyıcısı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) sentyabrın 20-dən etibarən Pakistana müntəzəm uçuşlar yerinə yetirməyə başlayır.

Bu barədə BBN.az-a AZAL-dan bildirilib.

Reyslər Pakistanın paytaxtı İslamabad, eləcə də onun ən böyük şəhərləri – Lahor və Kəraçiyə həyata keçiriləcək.

Bakıdan İslamabada uçuşlar çərşənbə və şənbə günləri, Lahora bazar ertəsi və cümə günləri, Kəraçiyə isə cümə axşamı və bazar günləri həyata keçiriləcək.

“Bu çevik cədvəl səyahətçilərə rahat seçimlər təklif edir”, – AZAL-dan bildirilib.

AZAL-ın yeni reyslərinin açılması Azərbaycan və Pakistan arasında münasibətlərin inkişafına, turizmin, beynəlxalq daşımaların təşviqinə və diplomatik əlaqələrin möhkəmlənməsinə töhfə verəcək.

Related posts

XalqKart-ı indi pulsuz əldə edin

Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda

“Bank Respublika”dan Beynəlxalq Təhlükəsiz İnternet Günündə müştərilərə tövsiyələr

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı