Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AZAL Pekin istiqaməti üzrə endirimli aviabiletlər təklif edir - BBN

AZAL Pekin istiqaməti üzrə endirimli aviabiletlər təklif edir

Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərə endirimli tariflərlə aviabiletlər əldə etmək imkanı yaradıb. Belə ki, aviaşirkət Bakı və Pekin arasında həyata keçirilən uçuşlar üçün xüsusi kampaniyaya start verib.

Kampaniya çərçivəsində Bakı-Pekin-Bakı marşrutu üzrə aviabiletlərin qiyməti 699 manatdan başlayır. Pekin-Bakı-Pekin reyslərinin aviabiletlərini isə 455 ABŞ dollarından başlayan qiymətlərlə əldə etmək mümkündür.

Bu istiqamətlər üzrə endirimli aviabiletlər hər iki tarix daxil olmaqla 2023-cü ilin noyabrın 30-dan dekabrın 14-dək satışda olacaq. Qeyd edək ki, Bakı və Pekin arasında uçuşlar dekabrın 19-dan etibarən həftədə iki dəfə — çərşənbə axşamı və bazar günləri həyata keçiriləcək.

AZAL-ın bu təklifi dünyanın ən maraqlı və heyrətamiz şəhərlərindən birini sərfəli qiymətlərlə ziyarət etmək imkanı yaradır.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək olar.

Related posts

Azərbaycanda inflyasiyanın iki il üzrə proqnozu açıqlanıb

TARİX TƏKRARLANIR: Dünya “Beşinci Neft Şoku”nun astanasında – 100 dollarlıq kabus geri qayıdır!

TƏCİLİ: Neft bazarlarında “İran alovu” – Qiymətlər 100 dolları keçdi, dünya iqtisadiyyatı şokdadır!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı