Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AZAL Tbilisi, İstanbul və Dubaya uçuşlar üçün xüsusi aksiyaya başlayır - BBN

AZAL Tbilisi, İstanbul və Dubaya uçuşlar üçün xüsusi aksiyaya başlayır

Azərbaycanın milli aviadaşıyıcısı “Azərbaycan Hava Yolları” QSC (AZAL) ən populyar istiqamətlər – Tbilisi, İstanbul və Dubaya xüsusi aksiyaya başlayır.

BBN.az AZAL istinadən xəbər verir ki, xüsusi təklif 1 noyabr 2023-cü il – 29 fevral 2024-cü il tarixləri arasında aviabiletlər üçün keçərlidir.

Bildirilir ki, bu təklif sərnişinlərə uçuşun rahatlığı və keyfiyyətindən, eləcə də münasib qiymətlərdən istifadə etmək üçün unikal imkan yaradır.

Belə ki, Tbilisiyə aviabiletin bir istiqamətə dəyəri cəmi 90 manatdan başlayaraq, gediş-gəliş isə 180 manatdan başlayaraq təşkil edir.

Ən populyar turizm şəhərlərindən olan İstanbula səyahət bir tərəfə 174 manatdan başlayaraq, gediş-gəliş isə 347 manatdan başlayan qiymətə başa gələcək. Qeyd edək ki, İstanbula uçuşlar Sabiha Gökçen Beynəlxalq Hava Limanına həyata keçiriləcək ki, bu da sərnişinlərin səfərləri zamanı rahatlığını təmin edəcək.

Dubaya səyahət etmək arzusunda olanlar üçün isə AZAL bir tərəfə 237 manatdan başlayaraq, gediş-gəliş aviabiletini 437 manatdan başlayaraq təklif edir.

Aviabiletləri “Azərbaycan Hava Yolları”nın www.azal.az saytından və ya aviaşirkətin rəsmi kassalarından əldə etmək mümkündür.

AZAL qeyd edir ki, bu təklif məhdud saydadır, ona görə də aviabiletləri indidən bron etmək tövsiyə olunur.

Related posts

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı