AZAL Tivat şəhərinə bilet satışına start verib

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Monteneqronun kurortu olan Tivat şəhərinə bilet satışına start verdiyini elan edir. Bakı-Tivat-Bakı marşrutu üzrə ilk reys mayın 2-nə planlaşdırılıb.

Bu marşrut üzrə uçuşlar həftədə iki dəfə həyata keçiriləcək. May ayında Bakı ilə Tivat arasında uçuşlar həftədə bir dəfə —cümə axşamı günləri yerinə yetiriləcək, iyunun 10-dan isə bu istiqamətdə daha bir reys — bazar ertəsi günləri əlavə olunacaq.

Səyahət və istirahət üçün mükəmməl seçim olan Tivat gözəl çimərlikləri, füsunkar təbiəti və bənzərsiz memarlığı ilə səyahətçiləri cəlb edir.

Aviabiletləri rəsmi https://www.azal.az/az/ saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Related posts

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

İsraillə iqtisadi əlaqələr müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı