Azərbaycan neftinin qiyməti bahalaşıb

“Azerilight” markalı neftin qiyməti bahalaşıb.

BBN.az xəbər verir ki, “AzeriLight” markalı neftin 1 barrelinin dəyəri 0.06 dollar və ya 0.08% bahalaşaraq 78.12  dollar təşkil edib.

“WTI” markalı neftin 1 barrelinin qiyməti 0.51 dollar və ya 0.76% çoxalaraq 67.33 dollar olub.

“Brent” markalı neftin 1 barrelinin qiyməti isə 0.72 dollar və ya 0.94% bahalaşaraq 76.89 dollara çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır