Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azercell ölkə üzrə şəbəkə infrastrukturunu genişləndirməyə davam edir - BBN

Azercell ölkə üzrə şəbəkə infrastrukturunu genişləndirməyə davam edir

Abunəçilərinə yüksək keyfiyyətli müştəri təcrübəsi təqdim etməyi hədəfləyən “Azercell Telekom” MMC şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi üzrə görülən işlərin nəticələrini açıqlayıb. Hazırda şirkət 5 milyondan çox abunəçiyə xidmət göstərir, ölkə üzrə coğrafi əhatə dairəsi 95%, əhali əhatəsi isə 98,4% təşkil edir.

2024-cü ilin yanvarından 2025-ci ilin avqustunadək 700-dən çox baza stansiyası modernləşdirilib, ümumilikdə isə 339 yeni baza stansiyası istifadəyə verilib. Bununla da Azercell-in LTE baza stansiyalarının sayı 3700-ü ötüb.

Ookla Speedtest-in məlumatına əsasən, Azercell avqust ayında 91.1 Mbps nəticə ilə ölkənin ən sürətli mobil operatoru olub. Sözügedən dövrdə ölkə üzrə mobil internet sürətində 71,6% artım qeydə alınıb.

Qarabağ bölgəsində hazırda 208 baza stansiyası fəaliyyət göstərir. Şirkət həmçinin ESG strategiyası çərçivəsində “yaşıl” baza stansiyalarının sayını 37-yə çatdırıb və karbon emissiyalarının azaldılması istiqamətində addımlar atıb.

Azercell “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strategiyasına sadiq qalaraq şəbəkə infrastrukturunun dayanıqlılığını artırmaq istiqamətində fəaliyyətini davam etdirir.

Related posts

“Samsung” çip sənayesinə 73 milyard dollar sərmayə qoyacaq

“Nebius” konvertasiya olunan istiqrazların yerləşdirilməsi nəticəsində $4 mlrd. cəlb edib

Süni intellektlə hazırlanmış foto, video və audio materiallara dair yeni tələb qoyulur

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı