“Azercell” şirkəti “Biznesim” korporativ paketlərini dəyişdirir – İnternetin həcmi artırılır – Yenilənmiş paketlər

«Azercell Telekom» şirkəti «Biznesim» tarif paketlərində dəyişiklik edir.

Martın 25-dən etibarən «Biznesim» tarif paketlərində ediləcək dəyişikliklər nəticəsində paketə daxil olan internet həcmi artırılaraq yenilənmiş tarif paketlər təqdim olunacaq.

Tarif paketlərində internet həcminin kəskin şəkildə artırılmasına baxmayaraq onların qiymətlərində cüzi dəyişiklik edilir – 1-2 manat bahalaşır.

Belə ki, abunəçilərə cəmi 1 GB internet həcmi təklif edən “Biznesim 1GB” tarif paketi 3 GB internet təklif edən “Biznesim 3GB” tarif paketi ilə əvəz ediləcək.

Paket çərçivəsində təqdim olunan pulsuz danışıq dəqiqələri (ölkədaxili 700 dəqiqə) və SMS-sayı (500 SMS) dəyişməz qalıb. Qeyd edək ki, müasir dövrdə internetin və informasiya texnologiyalarının həyatımızdakı yerini nəzərə aldıqda, indiyədək “Biznesim 1GB” tarif paketi çərçivəsində abunəçilərə təqdim olunan 1 GB həcmində internet trafiki artıq aylıq istifadə üçün kifayət etmir. Ona görə bu tarif paketini istifadə edən müştərilər üçün 3 dəfə artıq həcmdə interneti olan daha optimal yeni «Biznesim 3GB» paketi yaradılır – qiyməti 14 manatdır.

Digər paketlərlə də müqayisə aparılsa eyni alqoritm müşahidə ediləcək. Əgər şirkət öncə 5GB olan paketi 22 AZN-ə, 10GB-lıq tarif paketi 32 AZN-ə, 50 GB-lıq paketi 52 AZN-ə təqdim edirdisə, yenilənən paketlərdə daha böyük həcmli internet təqdim olunacaq.

Ətraflı burada:

İndiyədək mövcud olan «Biznesim 3GB» tarif paketinin adı “Biznesim 6GB” adına dəyişdirilir. Nəticədə abunəçilər pulsuz danışıq və SMS-lərlə yanaşı, 3GB əvəzinə 6GB həcmində, yəni 2 qat daha artıq internet trafiki əldə edəcəklər – bu paketin qiyməti 19 manat müəyyən olunub.

«Biznesim 5GB» tarif paketi daha geniş internet imkanları olan «Biznesim 9GB» paketi ilə əvəz olunur. Tarif paketinə daxil olan internetin həcmi təqribən 2 dəfə – 5 GB-dan 9 GB-a dəyişdirilir – bu paketin qiyməti isə 24 manatdır.

Abunəçilərə 10 GB internet trafiki təqdim edən «Biznesim 10GB» tarif paketi isə 15 GB həcmdə internetə malik olan «Biznesim 15GB» tarif paketi ilə dəyişdirilir. Qeyd edək ki, bu tarif paketinə daxil olan digər xidmətlər – 4000 dəqiqə ölkədaxili pulsuz danışıq, 20 dəqiqə beynəlxalq danışıq imkanı və 2000 SMS dəyişilməz qalıb – yeni tarif paketi müştərilərə 34 manata təqdim olunacaq.

Tarif paketlərində dəyişikliklərin edilməsi eyni zamanda «Azercell Telekom»un korporativ sektor arasında populyar olan «Biznesim 50GB» tarif paketinə təsir edib – yeni tarif paketi «Biznesim 55GB» adlanır. İndiyədək bu tarif paketinə daxil olan 50 GB həcmində internet trafikinin həcmi artırılaraq 55 GB-a çatdırılıb. Bu tarif paketi çərçivəsində 7000 ölkədaxili danışıq dəqiqəsi və 3000 SMS dəyişməz qalıb – yeni tarif paketinin qiyməti isə 54 manat olacaq.

Martın 25-dən təqdim olunacaq «Biznesim» tarif paketləri bunlardır:

Tarifin əvvəlki adı Tarifin yeni adı Qiyməti (ƏDV daxil, AZN) Korporativ zənglər Danışıq İnternet SMS Beynəlxalq zənglər
Biznesim 1GB Biznesim 3GB 14 Limitsiz 700 dəqiqə (ölkədaxili) 3GB 500
Biznesim 3GB Biznesim 6GB 19 Limitsiz 1300 dəqiqə (ölkədaxili) 6GB 1000
Biznesim 5GB Biznesim 9GB 24 Limitsiz 2500 dəqiqə (ölkədaxili) 9GB 2000 10 dəqiqə
Biznesim 10GB Biznesim 15GB 34 Limitsiz 4000 dəqiqə (ölkədaxili) 15GB 2000 20 dəqiqə
Biznesim 50GB Biznesim 55GB 54 Limitsiz 7000 dəqiqə (ölkədaxili) 55GB 3000 30 dəqiqə

 

Related posts

Unibank Mastercard kartınla iHerb-dən 30 %-lik endirim qazan!

“Nvidia”nın xalis mənfəəti və gəliri 2 dəfə artıb

Nüfuzlu təhsil müəssisəsi Azərbaycanda İKT üzrə ixtisasartırma proqramına başlayır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı