Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"Azercell"in mobil internet xidmətindən istifadə artıb - BBN

“Azercell”in mobil internet xidmətindən istifadə artıb

“Azercell Telecom” şəbəkəsini yüksək templə genişləndirməyə və modernləşdirməyə davam edir.

1 il öncə şəbəkəsinin genişləndirilməsi və modernləşdiriməsi üzrə genişmiqyaslı layihəyə start verən “Azercell Telecom” MMC bu istiqamətdə bir sıra mühüm işlər görüb. Lider mobil operator ümumi şəbəkə tutumunu ölkə boyu gücləndirməklə yanaşı Azərbaycanda ilk 5G şəbəkəsini test rejimində işə salıb. Eyni zamanda, ötən ilin avqust ayından etibarən “Azercell” ölkənin müxtəlif regionlarında 160 yeni 4G baza stansiyası quraşdırıb, 1554-dən çox baza stansiyasında isə təkmilləşdirmə işləri aparıb. Təkcə Naxçıvan MR-da lider mobil operator 70-dən çox yeni 4G baza stansiyasını istifadəyə verib. Bununla da lider mobil operator LTE şəbəkəsinin əhatə dairəsini 14.1% artırmağa müvəffəq olub. Görülən tədbirlər nəticəsində “Azercell”in internet trafikinin həcmində 30% -dən çox artım müşahidə edilib.

“Azercell” işğaldan azad edilmiş ərazilərdə də ən müasir texnologiyalardan istifadə edərək şəbəkəsini genişləndirməyə davam edib. Hazırda Qarabağda “Azercell”in 100-dən çox baza stansiyası fəaliyyət göstərərək Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarını, İstisu, Hadrut, Suqovuşan qəsəbələrini, həmçinin Xocavənd və digər rayonların kəndlərini öz şəbəkəsi ilə əhatə edir. Təkcə Laçın rayonunda mobil operator 15-dən çox baza stansiyası quraşdıraraq artıq rayonun Zabux, Sus və digər kəndlərində də mobil rabitə xidmətləri göstərir.

Ətraf mühitin qorunmasını diqqət mərkəzində saxlayan “Azercell” ötən il Qarabağda “yaşıl” texnologiyaların da tətbiqinə başlayıb. Mobil operator artıq Qubadlı və Cəbrayılda günəş enerjisinə əsaslanan baza stansiyalarını işə salıb və cari ilin sonunadək onların sayını 35-ə çatdırmağı planlaşdırır.

Abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmağa çalışan “Azercell” öz mobil şəbəkəsinin gücləndirilməsi və genişləndirilməsi istiqamətində Azərbaycanda 300-dən çox yeni baza stansiyası quraşdırmağı və 1 600-ə yaxın mövcud baza stansiyasını təkmilləşdirməyi planlaşdırıb.

Related posts

Anthropic ofis üçün süni intellekt alətlərini genişləndirir

“eBay” 800 işçisini ixtisar edəcək

Nvidia-nın gəliri 73 faiz artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı