Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AzerGold” QSC-də Sudan Respublikasının ölkəmizdəki səfiri ilə görüş keçirilib - BBN

AzerGold” QSC-də Sudan Respublikasının ölkəmizdəki səfiri ilə görüş keçirilib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov Sudan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb Elqaylani Mustafa ilə görüş keçirib.

  1. İbrahimov qonaqları salamlayaraq, Mentorluq Proqramı çərçivəsində görüşdə iştirak edən “Yüksəliş” müsabiqəsinin qalibləri Aslan Həsənli və Rüfət Məmmədxanlını təqdim edib. Sədr dövlət başçısının müvafiq sərəncamı ilə təsis edilən “Yüksəliş” müsabiqəsinin ölkədə istedadlı və idarəetmə potensialı olan gənclərin aşkara çıxarılması və inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Müsabiqənin iştirakçılara bilik və bacarıqlarını qiymətləndirmək, liderlik keyfiyyətlərini təkmilləşdirmək və peşəkar şəbəkələrini genişləndirmək imkanı yaratdığı qeyd edilib.

İdarə Heyətinin sədri ölkəmizdə həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar, əlverişli investisiya mühiti və dağ-mədən sənayesinə göstərilən dövlət dəstəyi nəticəsində “AzerGold” QSC-nin fəaliyyət istiqamətləri üzrə mühüm nailiyyətlər, geniş təcrübə əldə etdiyini bildirib. Sədr mineral resurslarla zəngin ölkələrlə beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərdən danışaraq, xüsusən Mərkəzi Asiya və Afrika regionlarının “AzerGold” QSC üçün strateji maraq dairəsində olduğunu diqqətə çatdırıb.

Səfir Ənəs Eltayeb Elqaylani Mustafa Sudanın Azərbaycanla müxtəlif sahələrdə, xüsusilə dağ-mədən sənayesi sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. O, ölkəsinin qızıl və mis kimi zəngin filiz ehtiyatlarına və geniş ixrac potensialına malik olduğunu deyib. Səfir əlavə edib ki, Sudan hökuməti bu potensialın səmərəli şəkildə dəyərləndirilməsi üçün xarici tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlığa xüsusi önəm verir.

Tərəflər görüşü ikitərəfli əməkdaşlığın inkişafı istiqamətində atılmış müsbət bir addım kimi dəyərləndirib və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Related posts

Bakı Fond Birjası PAŞA Bank səhmlərin İlkin Kütləvi Təklif (IPO) yolu ilə yerləşdirilməsi tədbirində iştirak edib

Şimali Makedoniya və Azərbaycan rəqəmsal əməkdaşlığın prioritetlərini müəyyən edib

Международный ПЛАС-Форум «Digital Uzbekistan» в шестой раз пройдет в Ташкенте

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı