“AzerGold” QSC-də təhlükəsiz iş saatları 5.6 milyona yaxınlaşıb

2024-cü ilin yanvar-sentyabr ayları ərzində “AzerGold” QSC-nin fəaliyyət sahələrində dayanıqlı, təhlükəsiz iş şəraitinin təmin edilməsi məqsədilə əməyin mühafizəsi və texniki təhlükəsizlik, habelə digər əlaqəli sahələr üzrə ardıcıl və sistemli tədbirlər həyata keçirib. Nəticədə 2024-cü ilin yanvar-sentyabr ayları ərzində “AzerGold” QSC-də təhlükəsiz iş saatlarının miqdarı 918 min 41 saata, ümumilikdə fəaliyyət dövrü ərzində isə 5 milyon 553 min 988 saata çatıb.

Qeyd edək ki, Səhmdar Cəmiyyəti tərəfindən mədənlərdə və istehsalat sahəsində qanunvericiliyin tələbləri və mütərəqqi beynəlxalq təcrübə əsasında təhlükəsiz əmək şəraiti yaradılıb. Əməkdaşlar müasir tələblərə cavab verən xüsusi geyim dəsti və fərdi mühafizə vasitələri ilə təmin edilirlər. Onların həyat və sağlamlığının qorunması, iş prosesi zamanı bədbəxt hadisələrin qarşısının alınması, həmçinin sağlamlıq, təhlükəsizlik, yanğından mühafizə üzrə digər tələblərə ciddi əməl edilir.

Related posts

SOCAR-ın prezidenti “ENOC Group”un İdarə Heyətinin üzvü və baş icraçı direktoru ilə görüşüb

EKTİS: Xaçmaz rayonunda 8 188 fermer əkinlərini bəyan edərək subsidiya almaq hüququ qazanıb

Vergi və sosial sığorta qanunvericiliyinə son dəyişikliklər təqdim olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı