Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“AzerGold” QSC-nin Müşahidə Şurasının növbəti iclası olub - BBN

“AzerGold” QSC-nin Müşahidə Şurasının növbəti iclası olub

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Müşahidə Şurasının sədri Mətin Eynullayevin sədrliyi ilə keçirilən iclasda “AzerGold” QSC-nin fəaliyyəti ilə bağlı gündəliyə çıxarılan cari məsələlər, o cümlədən yeni korporativ strukturun təsdiq edilməsi, investisiya layihələrinin texniki, hüquqi və maliyyə ekspertizasının həyata keçirilməsi və digər mövzular ətrafında geniş müzakirələr aparılıb.

Bundan başqa, Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində yeni sınaq laboratoriyasının fəaliyyətinin təşkili, metal filizlərinin hasilatı və istehsalı bağlı yeni hədəflər müzakirə olunub.

İclasda, həmçinin Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə QSC tərəfindən cari ilin ötən dövrü ərzində görülən işlər, həyata keçirilən tədbirlər nəzərdən keçirilib, qeyd olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

Related posts

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında görüş keçirilib

ABA və Mərkəzi Bank maliyyə savadlılığının artırılması istiqamətində birgə fəaliyyət məsələlərini müzakirə edib

Bakıda Türkiyə–Azərbaycan Ticarət Heyətinin B2B görüşləri keçiriləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı