Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“AzerGold” QSC-nin qızıl sikkə kolleksiyaları İsveçrədə nümayiş olunur - BBN

“AzerGold” QSC-nin qızıl sikkə kolleksiyaları İsveçrədə nümayiş olunur

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) qızıl sikkə kolleksiyaları İsveçrədə nümayişə çıxarılıb.

Qızıl sikkə kolleksiyaları İsveçrənin Sankt Moritz şəhərində keçirilən qar polosu üzrə 38-ci dünya kuboku çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ərsəyə gətirilmiş Azərbaycan pavilyonunda sərgilənir. Milli pavilyonda, həmçinin xüsusi geyimlər, xalçaçılıq və ipəkçilik sənəti, milli musiqi alətləri, müxtəlif sənətkarlıq nümunələri, müxtəlif arxeoloji tapıntılar, qədim sənət növlərinə məxsus alətlər, o cümlədən dulusçuluq nümunələri nümayiş olunur.

Azərbaycan qızılları yarışları izləyən İsveçrə vətəndaşları, eləcə də müxtəlif ölkələrdən gəlmiş qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Pavilyonu ziyarət edənlərə Azərbaycanın müasirliyini, tarix və incəsənətini, qədim ənənələrini təbliğ edən  “Heydər Əliyev Mərkəzi”, “Qobustan”, “Çələbi”, həmçinin “Qarabağ inciləri”, “Şuşa” və “Xurşidbanu Natəvan” qızıl sikkə kolleksiyaları ilə bağlı ətraflı məlumatlar verilib.

Qeyd edək ki, sərgi 29 yanvar tarixinədək davam edəcək.

Related posts

Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” keçirilib

Azərbaycan və Belarus turizm sahəsində əməkdaşlığı gücləndirir

“Azerconnect Group” “mygov” platformasına qoşulub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı