“AzerGold” QSC-nin “Təqaüd proqramı” müsabiqəsi çərçivəsində test imtahanı keçiriləcək

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən (QSC) dağ-mədən sahəsi üzrə təhsil alan ali məktəb tələbələri üçün elan edilmiş ikinci “Təqaüd proqramı” müsabiqəsinin test imtahanı mərhələsinə start verilir.

Qeyd edək ki, müsabiqədə iştirak üçün daxil olmuş bütün müraciətlərə aidiyyəti üzrə baxılaraq, əvvəlcədən elan edilmiş şərtlərə cavab verən bütün namizədlər test imtahanı mərhələsində iştirak hüququ əldə ediblər.

İmtahan 13 avqust 2022-ci il tarixində saat 10:00-da “AzerGold” QSC-nin baş ofisində keçiriləcək. İmtahanda iştiraka dair rəsmi bildiriş alan namizədlərdən 13 avqust tarixində, saat 09:40-dan gec olmayaraq Bakı şəhəri, Mikayıl Müşfiq küçəsi 2H ünvanına gəlmələri xahiş olunur. İmtahanın müddəti 1 saatdır.

Müsabiqəyə dair əlavə məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı