“Azeri Light” 3 dollardan çox bahalaşıb

Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.

BBN.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 3.19 dollar, yaxud 3.81% artaraq 86.86 dollar olub. Dünən hərracların nəticələrinə görə Brent markalı neftin yanvar fyuçersləri 81.92 dollara satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barrel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin payı 25 faizdir.

Related posts

Bank Respublika “İlin Bankı” adına layiq görüldü

Kapital Bank tələbələr üçün “Emosional zəka” mövzusunda təlimlər keçirdi

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxılıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı