Dünya bazarında Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti artıb.
Məlumata görə, Azərbaycan neftinin bir barelinin qiyməti 4,3 ABŞ dolları və ya 3,36% yüksələrək 132,35 ABŞ dollarına çatıb.
Qeyd edək ki, “Azeri Light” markalı neftin əvvəlki qiyməti 128,05 ABŞ dolları səviyyəsində olub.
Xatırladaq ki, Azərbaycan nefti sonuncu dəfə 2022-ci ilin mart ayında 130 ABŞ dolları həddini keçmişdi. Bu baxımdan, hazırkı artım son illərin ən yüksək qiymət səviyyələrindən biri kimi qiymətləndirilir.