Dünya bazarlarında Azeri Light (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.
BBN.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 10,89 ABŞ dolları və ya 8,3% artaraq 141,68 ABŞ dollarına yüksəlib.
Qeyd edək ki, “Azeri Light” neftinin əvvəlki qiyməti 130,79 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Mövcud qiymətlər isə büdcə proqnozunu əhəmiyyətli dərəcədə üstələyir.