“Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 63 ABŞ dollarını keçdi

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 1,38% artaraq (0,86  ABŞ dolları) 63,35 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır