“Azerilight” markalı neftin qiyməti ucuzlaşmaqda davam edir

“Azerilight” markalı neftin qiyməti ucuzlaşıb.

BBN.az xəbər verir ki, “AzeriLight” markalı neftin 1 barrelinin dəyəri 0.12 dollar və ya 0.15% ucuzlaşaraq 81.69  dollar təşkil edib.

“WTI” markalı neftin 1 barrelinin qiyməti 0.14 dollar və ya 0.19% artaraq 71.92 dollar olub.

“Brent” markalı neftin 1 barrelinin qiyməti isə 0.63 dollar və ya 0.77% bahalaşaraq 80.78 dollara çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır